ETİKA (ethics) – 1) Əxlaq, tərbiyə və mənəviyyat haqqında təlim; 2) Hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları; 3) Jurnalistin EE-də davranışı
ETİKA (ethics) – 1) Əxlaq, tərbiyə və mənəviyyat haqqında təlim; 2) Hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları; 3) Jurnalistin EE-də davranışı.
ETİKET (etiquette) – 1) Hər hansı bir cəmiyyətdə, diplomatik dairələrdə, ictimai mühitdə, habelə EE-də qəbul olunmuş davranış və nəzakət qaydaları; 2) Ticarət şəbəkəsində məhsulun üzərinə yapışdırılan, üstündə adı, qiyməti və s. olan yarlık.
EVFEMİZM (euphemism) – Yaxşı, incə, zərif danışmaq. Kobud, kəskin, yasaq söz və ya ifadələrin əvəzinə işlədilən mülayim söz və ifadələr.
EVRİSTİKA (heuristic) – Nəyinsə kəşfində və təlimində istifadə olunan üsul; fəallığın, hazırcavablığın inkişafına xidmət edən qədim təlim metodu. E.-nın vəzifəsi hər hansı yeni məsələnin həlli prosesinin modellərinin yaradılmasından ibarətdir.