ƏKSOLUNMA QANUNU (refraction law) – Eyni tipli dalğa üçün izotrop mühitdə düşmə bucağının əksolunma bucağına bərabər olduğunu ifadə edən qanun.
ƏKS-SƏDA (echo) – Səs dalğalarının hər hansı bir maneədən səs mənbəyinə doğru qayıdan əksi, eşidilən səsi. Analoji mənada Ə.s radiolokasiyada, ultrasəs defektoskopiyacında əks olunmuş radiodalğaları ifadə edir.
ƏLAVƏ İNFORMASİYA (additional information/news) – Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramlarla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik, səsli və digər informasiyalar.