ƏSAS XƏBƏR PROQRAMI (primenews) – Axşam saatlarında (saat 20-dən 22-dək) göstərilən, ən çox tamaşaçı toplayan və günün əsas xəbərlərini çatdıran informasiya proqramı.
ƏSAS İŞIQ (main light) – Hər yerdə rastlaşdığımız, ancaq bəlli qaynağı olmayan işıq. Gün işığı birbaşa düşməyən yerlərdə (təbiətdə) belə işıqla üzləşirik. Ə.i.-ı süni yolla seyrəldici cihazlar dəstinin və güzgüləyicilərin köməyi ilə almaq mümkündür.
ƏSAS İŞIQ CİHAZLARI (main lighting/arrangement) – Həm studiyada, həm də studiyadankənar çəkilişlərdə istifadə olunan yönəldici və seyrəldici işıq cihazları. Y ö n ə l d i c i i ş ı q q u r ğ u l a r ı kəskin, fokuslaşdırılmış, ensiz işıq şüası, s e y r ə l d i c i i ş ı q c i h a z l ar ı isə fokuslaşdırılmayan, nisbətən seyrək, enli işıq şüası yaradır. Kameraların işıq həssaslığı və kontrast diapazonu artdıqca, əsas işığa verilən tələblər də dəyişir. Əsas işıq qurğusu kimi, yönəldici işıq cihazları da get-gedə daha çox, parçadan hazırlanmış güzgüləyicilərlə əvəz olunur. Üzərinə alümin tökülmüş parçadan əks etdirilən işıq parlaq və eyni zamanda seyrək işıq verir. Həmin işıq obyektə tutum (həcm) effekti gətirir və yaxud qatı kölgəli sahələrin yaratdığı kontrastı yumşaldır.