FAKTURA (texture) – 1) Müəyyən materiallara xas olan, yaxud onun emalı nəticəsində alınan səthin xarakteri. İ n c ə s ə n ə t d ə, t ə s v i r i s ə n ə t d ə – bədii əsərin səthinin, onun işlənməsinin bədii yaradıcılıq üsulu. Məs., daşın, mişarlanmış və hamarlanmış ağacın, budağın və s. F.-sı. Kinematoqrafda F.-nın düzgün verilməsi əşyanın hazırlandığı materialı göstərməklə onun haqqında təsəvvürü dəqiqləşdirir; 2) Verilişin quruluşu, onun materialı, texniki üsulu, musiqi elementləri, səslənmə məcmusu. Melodiya, akkompanement, ayrı-ayrı səslər, səsaltı sədalar, mövzu və s. F.-nın əsas elementləridir. F.-nın akkordlu, harmonik və polifonik növləri mövcuddur.