FANTAZİYA (fantasia/fancy/imagination) – 1) Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı; yaradıcılıq təxəyyülü; 2) Sərbəst formalı improvizasiya səciyyəli əsər. Bax: B ə d i i t ə x ə y y ü l.
FARS (farce) – Komikliyin təlxəklik hərəkətlərində, kobud zarafatlarda təzahür edən formalarından biri. İ n c ə s ə n ə t d ə – buffonada, qrotesk priyomlarından, gündəlik zarafat və sərt yumordan geniş istifadə edən teatr tamaşası; yüngül komediya, dram tamaşasının növlərindən biri; sonralar kobud məzmunlu komediya və ya vodevil; şit zarafat.