FON (backgraund/hum) – 1) Bəzən teleradio verilişlərini, kinofilmlərin nümayişini müşayiət edən kənar səs effektləri; 2) Səsin ucalıq səviyyəsinin vahidi.
FON İŞIĞI (backgraund light) – Çəkiliş prosesində zaman və ovqatı bildirmək üçün istifadə edilən işıq. F.i. bütövlükdə işıqqurmanın ən mühüm dəyişən tərkib hissələrindən biridir. Onun köməyi ilə çəkilən səhnənin zamanını və ovqatını seyrçiyə yetirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür. F.i.-nı əks işıqla eyniləşdirmək olmaz; işıq çəkiliş obyektini, fon işığı isə arxa planı işıqlandırır.