Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə209/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   205   206   207   208   209   210   211   212   ...   809
FORMALİZM (formalism) – Estetika və incəsənətdə bədii əsərlərin ideya məzmununu inkar edən, yalnız onların formasına əhəmiyyət verən idealist cərəyan və bədii metod. Kinoda – kadrların montajının göstərilməsinə dəlalət edir.

FORMAT (format) – TV verilişlərinin daimi əlamətlərinin məcmusu. F. (lat. forma – forma verirəm sözündən) çap formalarının xətti ölçülərinin – uzunluğunun, eninin, kağız vərəqi hündürlüyünün, kitab səhifələrinin, sütunların, zolaqların, eləcə də fotokinoməhsulların, telekadrların və s. müəyyənləşdirilməsi zamanı işlədilir. Lakin terminin əlavə – informasiyanın növü, tipi, xarakteri, təqdimat forması kimi mənaları da var. Bu mənada termin, informasiyanın ötürülməsinin həm texniki vasitələrinin, həm də janr xüsusiyyətlərinin təsnifatı zamanı işlədilir. Konseptual planda formalı qaydaların tərəfdarları F.-ların strukturlaşdırma imkanlarını vurğulayarkən informasiya sistemlərinin qalan tərkib hissələrini onlardan asılı hesab etməyə meyllidirlər. Formalizmin əleyhdarları F.-ların rolunu yalnız onların informasiyanın məzmunu, məqsədi və vəzifəsi, mənbəyi və ünvanı ilə sistemli əlaqədə öyrənməyi təklif edirlər. Bu cür yanaşma üsulu jurnalistlərin informasiya fəaliyyətinin səmərəsini yüksəldir, rəngarəng şəraitdə və vəziyyətlərdə prosesin yaşa görə sosial-mədəni və etnodemoqrafik məqamları nəzərə alınmaqla onun auditoriyaya ayrı-ayrı deyil, bütün ehtimal olunan təsir amillərini üzə çıxarmağa kömək edir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin