AKUSTİK İNTERFEROMETR (acoustic interferometer) – Durğun səs dalğaları uzunluğunun () ölçülməsinə əsasən maye va qazlarda səsin sürətini təyin etmək üçün qurğu. A.i. prinsipcə səs mənbəyindən (reproduktor, telefon, pyezoelement və s.) və səs dalğalarının qarşısında, mənbədən L məsafədə qoyulan reflektordan ibarətdir. A.i.-dən, əsasən, ultrasəs tezliklərində istifadə olunur.
AKUSTİK MATERİALLAR (acoustic materials)– Cəsi udan və yaxud onu izolyasiya edən materiallar. A.m.-dan səsyazma studiyalarının qurulmasında istifadə edilir.