FOTOTELEQRAF İŞİ (flood projection) – Orijinalla fotoelement arasında qurulan, diafraqmanın köməyi ilə gerçəkləşdirilən proses.
FOYE (foyer/crash room) – Teatrda, kinoda və s. yerlərdə tamaşaçıların film, tamaşa, konsert başlanmazdan əvvəl və fasilə zamanı ayaqüstü toplanması üçün yer.
FRAQMENT (fragment) – Verilişin, filmin, mətnin, musiqi əsərinin bir parçası; lentin müəyyən kəsiyində (parçasında) göstərilən, filmin şəklinin, səhnəsinin, yaxud epizodunun bir hissəsi.
FRAZA (phrase) – 1) Nitqin bitmiş vahidi – cümlə; 2) Bitmiş musiqi ifadəsi, bir melodiya.