Азярбайъан Енсиклопедийасы


FULL-SERVİS (full service)



Yüklə 2,68 Mb.
səhifə214/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   210   211   212   213   214   215   216   217   ...   809
FULL-SERVİS (full service) – Tam xidmət. Reklam sahəsində reklamın bütün növləri üzrə xidmət göstərən agentliklərə aid edilir.

FUNKSİYA (function) – Teleradio istehsalının əsas anlayışlarından biri. Yaradıcı və texniki qrupun, ayrı-ayrı strukturların, istehsal ünsürlərinin fəaliyyət dairəsi, rolu, vəzifəsi.

FUTLYAR (case) – Daşınan teleradio avadanlığını (kamera, ştativ, mikrofon və s.) xarab olmaqdan, zədələnməkdən və s. qorumaq üçün istifadə olunan qutu, qab və ya xüsusi parça örtük.

G

GECƏ ALDANIŞI (night illusion/phantom) – Fon işığını tənzimləmək, nəzarətdə saxlamaq yolu ilə yaradılan aldanış-effekt. Hadisənin binanın içərisində baş verdiyi hallarda belə, gecə səhnəsinin qaranlıq arxa planı olmalıdır. Gündüz səhnələrinin arxa planı isə parlaq işıqlandırılmalıdır. İstər gündüz, istərsə də gecə səhnələri çəkiləndə arxa planın işıqlanma dərəcəsi əsas işığın minimal səviyyəsində olmalıdır. Ancaq gecə işığında daha çox kölgəli sahələr olur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin