HALOGENLİ (KVARS) LAMPA (quartz lamp) – Həm közərən volfram naqilinə, həm də kvars şüşədən hazırlanmış kolbasına halogen doldurulan işıq cihazı. Halogen volfram naqilin əriyib buxarlanmasının qarşısını alaraq volfram hissəciklərinin kolbanın dibinə çökməsinə imkan vermir. Bu çöküntü işığın rəng temperaturuna təsir edir. Halogenli volfram lampaları sənaye standartına əsasən buraxılır. Peşəkar işıq cihazlarının çoxu H.l. ilə təchiz edilir.