HƏQİQİ SƏS (real sound/voice) – Mənbəyi ya ekrandan eşidilən, ya da kadrarxası şərhin əksinə olan şəraitdən bilinən səs.
HƏQİQİ TƏSVİR (real image) – Təsvir məkanında kəsişən qarşılıqlı şüa axınlarının əmələ gətirdiyi görüntü. Xəyali təsvirdən fərqli olaraq H.t. həmişə ekrana gətirilə bilər. Əşyaların H.t.-lərini kinoçəkiliş və proyeksiya aparatlarının obyektivləri yarada bilir.
HƏLLEDİCİ SÖZ (keyword) – İnformasiya mətnindən eyniləşdirilmək üçün semantik əsas kimi seçilən söz və ya söz birləşməsi. Həlledici sözlərin indeks funksiyalarından kompüter proqramlaşdırılmasının dilində və müxtəlif mətnlərin kontent-analizlərində kod deskriptorları kimi istifadə olunur.