İMPULS, k o d m o d u l y a s i y a s ı (pulse/code modulation/) – Kiçildilmiş təsvir siqnallarının müxtəlif kod kombinasiyalarının ardıcıllıqla kodlaşdırılması. Bu halda kodlaşdırma çox vaxt ikili hesablama sistemində, təsvir siqnalının qiymətinə uyğun olan kiçiltmə dərəcəsi nömrəsinin yazılışı şəklində aparılır. Kod modulyasiyasından istifadə nəticəsində rabitə kanallarında maneələrə davamlılığa nail olunmaq mümkündür. Lakin bu zaman təsvirin başlanğıc siqnalının spektri ilə müqayisədə siqnalın spektri xeyli genişlənir.