Азярбайъан Енсиклопедийасы


İNFORMASİYA MÜHARİBƏSİ (information war)



Yüklə 2,68 Mb.
səhifə260/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   256   257   258   259   260   261   262   263   ...   809
İNFORMASİYA MÜHARİBƏSİ (information war) – 1) İnformasiyanın komandanlıq, idarəçilik və siyasət məsələlərində artmaqda olan əhəmiyyəti və dəyəri ilə şərtlənən əhatəli, bütöv strategiya; 2) Prinsipial məsələlərdə qarşı tərəfin mövqeyini zəiflətmək; ideoloji müharibənin tərkib hissəsi.

İNFORMASİYA MÜHİTİ (information environment) – Verilən iş rejimini və onun vəzifələrinin yerinə yetirilməsi şəraitini təmin edən, informasiyanın qorunması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin məcmusu. Bu, kommunikativistikada daha geniş mənada – KİV-ə həddindən artıq diqqət yetirən, mediamifologiyanın və mediaməntiqin təsiri altına düşənlərin fikirləşdiyi medialaşdırılmış gerçəklik kimi də işlədilə bilər. Bəzi kommunikoloqlar KİV istifadəçilərinin əzabkeş tamaşaçılara çevrilmələrinin qarşısını almaq üçün alternativ kimi belə mühitin tənqidi dərk olunmasını məsləhət görürlər.

İNFORMASİYANIN SURƏTİNİN İCAZƏSİZ ÇIXARILMASI (unwarranted replication of information) – Sahibinin icazəsi olmadan kompüterdəki faylların və disklərin sistemli sahələrinin surətlərini yaratmaq. Bu hərəkət EHM-in sistem və şəbəkəsinin işini pozmada, EHM-in ayrı-ayrı həlqələrinin iş qabiliyyətini aşağı salmada, kompüter şəbəkəsinin elementlərini söndürmədə ifadə olunur. Bu addım informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya edilməsi, onun surətinin çıxarılması, yaxud EHM-in işinin (sisteminin, onların şəbəkəsinin fəaliyyətinin) pozulması və nəhayət, informasiyaya qanunsuz daxil olma kimi qiymətləndirilir və qanunla cəzalandırılır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin