İNTERPRETASİYA (interpretation) – 1) Hər hansı fakt və hadisənin izahı, təfsiri, şərhi; mənanın, mətnin məzmununun açılması; yozum mənasında işlədilir; 2) İfaçının bir musiqi əsərini, ədəbi əsəri və ya dramatik rolu özü başa düşdüyü kimi yaradıcı surətdə təqdim etməsi.
İNTERVAL (interval/space) – Verilişlər arasındakı məsafə; bir şeyi digərindən ayıran ara, aralıq; pauza; fasilə.
İNTERVİDENİYE (intervision/international television) – 1960-cı ildə iştirakçı ölkələr arasında proqram hazırlığı və mübadiləsini həyata keçirmək üçün yaradılmış (1978) beynəlxalq TV təşkilatı.