İNTERVYÜ (interview) – Hərfi mənada: görüş, söhbət. Publisistika janrı. Jurnalistin siyasi, ictimai, yaxud digər xadimlə aktual məsələlər barədə müsahibəsi. İ. həm də fikir, fakt, məlumat mübadiləsi kimi də izah olunur.
İNTERVYÜ-ANKET (interview-inquest) – Müəyyən məsələ ilə əlaqədar müxtəlif müsahiblərin rəyini öyrənmək üçün aparılan sorğu. Adətən, studiyadan kənarda aparılır. Bu vəzifəni yerinə yetirən reportyor məqsədinə nail olmaq üçün adamlarla ünsiyyətə girməyi bacarmalı, onların rəğbətini qazanmalıdır. İ.a. üçün seçilən ictimai rəy obyekti üç meyara cavab verməlidir: a) söhbətcil olmalı; b) ictimai maraq doğurmalı; v) Əksəriyyətin etimadı səviyyəsində durmalıdır.