Азярбайъан Енсиклопедийасы


İNTERVYÜ-FAKT (interview fact)



Yüklə 2,68 Mb.
səhifə274/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   270   271   272   273   274   275   276   277   ...   809
İNTERVYÜ-FAKT (interview fact) – Hər hansı hadisə barədə müsahibə yolu ilə səlahiyyətli mənbədən məlumat alınması.

İNTERVYÜ-RƏY (interview-opinion) – Hər hansı bir məsələ ilə əlaqədar rəy bildirilməsi.

İNTERYER (interior) – Binanın, mənzilin memarlıq və bədii cəhətdən tərtibat verilmiş içəri hissəsi. Studiyanın daxili, iç görünüşü.

İNTONASİYA (intonation) – 1) Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (uzun və qısa, vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), tempi və ya sürəti (müəyyən zaman ərzində sürətlə və ya yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarət mürəkkəb dil hadisəsi. İ. danışığı, o cümlədən EE nitqini fonetik cəhətdən qaydaya salır, onu sintaqmlara ayırır, cümlənin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir, ona nəqli, sual, əmr, nida və s. mənalar verir, müxtəlif emosiyaları ifadə edir; 2) Musiqi əsərinin ifası zamanı tonun düzgün və ya yanlış səslənməsi.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin