İNVENTAR (inventory) – 1) Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlıq, ləvazimat; həmin avadanlığın, ləvazimatın və s. geniş siyahısı.
İNVENTAR NÖMRƏSİ (inventory number) – Kinostudiyanın, yaxud teleradio qurumunun əsas fondlarının saxlanmasına xidmət edən və istifadəsindən asılı olmayaraq hər bir inventar obyektinə verilən nömrə. Əsas fondların hərəkəti üçün mühüm sayılan bütün ilkin sənədlərə (təhvil-təslim aktı, ləğvetmə barədə akt və s.) məcburi şəkildə İ.n. yazılır.
İNVENTAR OBYEKTİ (stok-taking object) – Ayrıca sərbəst funksiyaları yerinə yetirmək üçün nəzərdə tutulan, görülən işlə vəhdət təşkil edən bütün ləvazimatları və uyğunlaşdırmaları ilə birgə quraşdırılmış qurğu və ya ayrıca əşya İ.o. adlanır.
İNVENTAR SİYAHISI (inventory listing)– Əsas vəsaitlərin yerləşməsinin obyekt uçotu üzrə məlumatlarının qeyd olunduğu vahid forma.