İŞÇİ STANSİYA (work station) – EHM-də lokal kompüter şəbəkəsinin komponentlərindən biri; şəbəkə istifadəçisinin iş yeri kimi işlədilən fərdi kompüterlər. İ.s.-ya olan tələbat şəbəkədə həll edilən məsələnin xarakteristikası, hesablama prosesinin təşkil olunma prinsipi və s. amillərlə müəyyən edilir.
İŞIĞIN ADDİTİV SİNTEZİ (additive color synthesis) – Müəyyən nisbətdə götürülmüş üç əsas rəngin optik cəmlənməsi vasitəsilə müxtəlif rəng çalarlarının alınması. Additiv sintezin əsas rəng standartları kimi RQB rəngləri qəbul olunub. Bunlar xətti cəhətdən müstəqildirlər, yəni onlardan heç biri digər ikisinin optik qarışığı zamanı alına bilməz.