İŞIĞIN GÜCÜ (light density) – İşıq axınının müəyyən istiqamətdə sıxlığı. İ.g. anlayışı yalnız işığın başlanğıc (mənbə) nöqtələrinə aid edilə bilər. İ.g.-nün ölçü vahidi kandeladır (kd).
İŞIĞIN KEYFİYYƏTİ (light efficiency) – İşığın tərkibindəki elektromaqnit şüalanma tezlikləri onun keyfiyyəti, işığın ümumi parlaqlığı isə onun işıqlılığı sayılır. Keyfiyyətə və işıqlılığa müxtəlif üsullarla nəzarət edilir.
İŞIĞIN SƏPİLMƏSİ (light splitting) – Mürəkkəb (məs., ağ) işığın müxtəlif uzunluqlu dalğaların şüalanması üçün eyni olmayan sınma göstəricisi nəticəsində sınma mühitindən keçməsi zamanı monoxromatik axınlara parçalanması. Bütün şəffaf materiallar səpilməyə (dispersiyaya) malikdir və işıq yalnız boşluqdan öz tərkibinin mürəkkəbliyindən asılı olmayaraq dispersiyasız keçir. Dispersiya linzalı obyektlərin xromatik aberrasiyasının nəticəsidir.