Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə285/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   281   282   283   284   285   286   287   288   ...   809
İŞIQ AXINI (light flux) – Buraxdığı işıq həssaslığına görə qiymətləndirilən şüalı enerji axını. İşıq kəmiyyətləri sistemində əsas göstəricidir. «F» hərfi ilə işarə olunur və işıq axını vahidləri ilə – lümenlərlə (lm) ifadə edilir.

İŞIQ AYRIMI (light division) – İşıq axınlarının müəyyən təyinatlı xüsusiyyətlərə malik tərkib hissələrə bölünməsi. İ.a. çox vaxt işıq axınının spektral tərkibinə görə fərqlənən hissələrə bölünməsi kimi qəbul edilir.

İŞIQ ÇƏTİRLƏRİ (light hood) – Çəkiliş zamanı seyrəldici və yönəldici işığı yumşaltmaq üçün linzasız cihazlarla bərabər geniş istifadə olunan məhdudlaşdırıcı vasitə. Açılmış xırda çətir işıq cihazına bərkidilir. Yumşaq işıq cihazında olduğu kimi, lampa həmin cihazın işığını çəkiliş obyektinə yayan çətirin içəri səthinə yönəldir.

İŞIQDAN MÜDAFİƏ ÇƏTİRİ (camera hood) – Möhkəm bezdən, yaxud ağ kətandan hazırlanan, istiqamətlənmiş günəş işığında natura çəkilişləri zamanı çəkiliş kamerası qarşısında qurulan iri ölçülü çətir. Bu çətir obyektivi və kinoçəkiliş aparatını birbaşa günəş şüalarının düşməsindən qoruyur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin