İŞIQLANDIRMA QURĞULARI (lighting desk/arrahgement) – Hər hansı obyekti, predmeti işıqlandırma məqsədi ilə quraşdırılan işıq texnikası qurğuları. İ.q. anlayışı, əsasən, süni (elektrik) işıq qurğularına aiddir. İ.q. mənbəyi olan işıq cihazları, işəsalma-tənzimləmə aparatları, birləşdirici məftillər, paylaşdırıcı lövhə və işıq cihazları arasında elektrik enerjisini bölüşdürən digər elektrik qurğularından ibarətdir.
İŞIQ LƏKƏSİ (light spot) – Parlaqlığın yüksək əmsalı şəraitində çəkilən əşyanın səthində yaranan ləkə. Kinokadrda mövcud olan bliklər əhatəlilik təəssüratını gücləndirir, amma həddindən artıq parlaq İ.l. halələrə və işıqdakı detalların itməsinə gətirib çıxarır.