Азярбайъан Енсиклопедийасы


İŞIQ TƏNZİMLƏYİCİLƏRİ (light giude)



Yüklə 2,68 Mb.
səhifə290/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   286   287   288   289   290   291   292   293   ...   809
İŞIQ TƏNZİMLƏYİCİLƏRİ (light giude) – İşıq cihazlarına verilən cərəyan gücünün dəyişməsini əks etdirən cihaz. İ.t. çox parlaq işıqla yanarsa, işığın gücünü tələb olunan səviyyəyə düşənədək azaltmaq olar. Studiya şəraitində teleistehsalda İ.t. geniş yayılıb; studiyadankənar çəkilişlərdə isə iri ölçüsü olan bu cihazdan nadir hallarda istifadə edilir.

İŞIQ VƏ KÖLGƏ (light/shade) – Kinonun və TV-nin ifadə vasitələri; ED; elementi; Kinoda təsvir obyektiv arxasında qurulmuş lentə köçürülür. Telekamerada isə elektron-şüa borusu işıq enerjisini elektrik siqnallarına çevirir. Teletəsvir axıcıdır, sayrışır, xəyalidir, elektron şüanın cızdığı əşyaların durmadan formalaşan konturudur. Foto-kinoda və TV-də təsviri «işıq yazısı» adlandırmaq olar, hər iki halda təsvir işığın köməyi ilə alınır. Lakin foto-kino və TV üçün işığın rolu eyni deyil. Foto-kinoda təsvirin alınması və göstərilməsi üçün çəkiliş və lentin ekrana aydınlaşdırılması zamanı obyektin «səthi» işıqlandırması tələb olunur. Kinoda olduğu kimi, TV-də də obyekt səviyyəsində «səthi» (zahiri) işıqlandırma var, amma obyekt teleekranda «ikitərəfli» işıq vasitəsilə göstərilir. Kinoda obyektdən inikas edən işıq lentin işığahəssas materialla – halloid gümüşü qatları ilə örtülmüş səthinə düşür; TV-də obyektivdən inikas edən işıq elektron-şüa borusunda şəklini dəyişir və televizorda təkrar olunmaqla bilavasitə tamaşaçıya yönəlir. Boyakarlıq və qrafikada – müxtəlif rənglərin, yaxud rəng çalarlarının parlaqlığına görə bölünməsi; təsvir olunan əşyanı həcmcə, işıq-hava mühiti ilə əhatədə qavramağa imkan yaradır. İ.k.-nin sıralanması (ən yüksək parlaqlıqdan tünd kölgəyədək) əşyanı işıqlandırma xarakterindən, onun həcmindən, havanın vəziyyətindən asılı olur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin