Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə293/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   289   290   291   292   293   294   295   296   ...   809
İZLƏYİCİ SİSTEM (servo) – Qoşalaşdırmaq üçün lenti irəli-geri çəkən mühərrikin lentin keçid vaxtını nizamlayan mühərriklə eyni vaxtda sinxron işləməsi – birinin digərini izləməsi.

İZOQRAFİYA (isographics) – Şəkil, rəsm. Hər hansı yazının, xəttin dəqiq oxşadılması. Vizual, təsviri materiallarda, reklamlarda bədii vasitə kimi istifadə olunur.


J

JANR (genre) – Bədii yaradıcılığın (o cümlədən publisistikanın) tarixən formalaşmış növü. Kino və TV-də müəllif və rejissor ideyasının həyata keçirilməsinə uyğun olan bədii və publisistik əsər forması. Bədii yaradıcılıq əsərlərinin janrlara bölünməsi xeyli pozuq sərhədlərə malikdir. İncəsənətin hər bir növündə tarixən mövcud olan müəyyən J.-lar var. Kinematoqrafiyanın tematik müstəvisində tarixi, tarixi-inqilabi, elmi-fantastik, macəra, psixoloji, detektiv və digər J.-lar fərqləndirilir. Həyatın müxtəlif cəhətlərinin əks etdirilməsi ilə əlaqədar TV və radio jurnalistikasında da müxtəlif J.-lar yaranmışdır. Bu J.-lar gerçəkliyi əks etdirmə üsullarına görə: a) informativ; b) analitik; v) bədii-publisistik növlərə bölünür.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin