JURNALİST (intermediary) –Jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi. Hər hansı bir hadisəni işıqlandıran KİV nümayəndəsi; reportyor, fotojurnalist, telejurnalist, videojurnalist.
JURNALİST ETİKASI (journalist etiquette/intermediary ethics) – KİV işçiləri və onların fəaliyyətinin əxlaqi-davranış cəhətdən tənzimlənməsi üçün nəzərdə tutulmuş etik normalar toplusu. Bu normalara: a) jurnalistin davranışı və mənəvi siması; b) haqqında yazdığı və ünsiyyətdə olduğu adamlara dəqiq və qərəzsiz münasibəti; v) peşə etikasını gözləməsi və həmkarlarına münasibəti; q) oxucu (tamaşaçı və dinləyici) rəyinə hörmətlə yanaşması və s. daxildir.