JURNALİSTİN İCTİMAİ İŞİ (public (social) work of journalist) – Haqqı ödənilməyən, könüllülük əsasında həyata keçirilən iş. Sosial faydalı olub xüsusi peşə hazırlığı tələb etməyən müvəqqəti fəaliyyət.
JURNALİST MONOLOQU (journalist monologue) – Studiyada hər hansı bir materialın göstərilməsi ilə əlaqədar ya şərh, ya da daha mürəkkəb ssenari formasının elementi.
JURNALİST MÖVQEYİ (journalist position) – Təqdim etdiyi fakt və rəylərdə jurnalistin mötəbərliyə və dolğunluğa can atması. J.m.-ndə təsvir edilən şəraitin anlaşılması üçün bütün zəruri faktlar öz əksini tapmalıdır.