KARDEOİD YÖNƏLMƏ DİAQRAMLI MİKROFONLAR (cardiod directed microphone) – Öndən gələn səslərə son dərəcə həssas, ancaq yandan və arxadan gələn səslərə nisbətən az həssaslıq göstərən mikrofonun ürəkşəkilli yönəlmə diaqramı.
KARİKATURA (caricature/cartoon) – Bu janrda elə rəsmlər nəzərdə tutulur ki, insandakı hər hansı bir naqislik qəsdən şişirdilərək tənqid olunur. Adətən, islahı az mümkün olan insanları tənqid etmək, ələ salmaq məqsədi ilə onların K.-sı çəkilir. Satirik üslubda işlənilən belə şəkillərdə müəyyən cizgilər qabarıq verilməklə mütləq orijinala oxşadılmalıdır. TV-nin satirik proqramlarında K.-dan istifadə olunur.
KARKAS (frame) – Bir şeyin skeleti, gövdəsi, əsası; binanın və s. dəmirdən düzəldilən skeleti; parça məmulatlarının məftil skeleti.