KASSA TELEVİZİYASI (box – office television) – Müştəriləri zövqünə görə idman, kino, teatr, musiqi və s. proqramlarla təmin edən pullu TV yayımı. Bu termin teatr və kino sahəsində həm də kassa uğuru, çoxlu pul toplanması mənasına malikdir. K.t.-si telebiznesə və abunə proqramlarında iştiraka cəlb edilə biləcək təşkilatlara sərfəlidir.
KAŞE (matte) – Kinoçəkiliş kamerasının obyektivi qarşısında qurulan, fiqurlu gözlüyü olan qeyri-şəffaf qapaq. K. istehsal şəraitində zağlı poladdan hazırlanır, formaca müxtəlif – binokl, açar dəliyi və s. şəkillərində ola bilər; TV kadrının ağ haşiyəyə alınmasından ibarət olan kinoeffekt.