Азярбайъан Енсиклопедийасы


KİNOXRONİKA (news reel/topical film) – Mühüm əhəmiyyət kəsb edən, ictimai həyata – siyasi, elmi və mədəni həyata dair hadisələrin kinolentə çəkilməsi və uzun müddət saxlanması



Yüklə 2,68 Mb.
səhifə330/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   326   327   328   329   330   331   332   333   ...   809

KİNOXRONİKA (news reel/topical film) – Mühüm əhəmiyyət kəsb edən, ictimai həyata – siyasi, elmi və mədəni həyata dair hadisələrin kinolentə çəkilməsi və uzun müddət saxlanması.

KİNOJURNAL (news reel) – Bax: S ə n ə d l i k i n o.


KİNOKADR (still) – Kinofilmin bir səhnəsinin fiksə edildiyi ayrıca epizod.

KİNO KADRININ KOMPOZİSİYASI (film composition) – Kadrın ayrı-ayrı elementlərinin vahid bədii tamda ahəngdar şəkildə birləşdirilməsi. Həmin vahid tamda konkret görüntü formasında kadrın məzmunu verilir. Xətti düzüm, işıq, tonun seçimi, çəkilişin məna və görüntü mərkəzinin yerləşməsi, xətti və ton perspektivindən istifadə – təsviri kompozisiyanın bütün bu əsas elementləri onların qarşılıqlı məna əlaqəsində birləşir və istifadə olunur, eyni zamanda bunlar kadrın ideyasının daha tam, daha dərindən açılmasına kömək edir.

KİNOKAMERANIN KADR PƏNCƏRƏSİ (camera picture aperture) – Bax: P r o y e k s i y a a p a r a t ı.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin