KİNOMEXANİK (projectionist/cinema operator) – Filmlərin kinoteatrlarda nümayişi ilə məşğul olan mütəxəssis. K. filmin ekranda göstərilməsinin keyfiyyətinə görə məsuliyyət daşıyan şəxsdir
KİNOMEXANİK (projectionist/cinema operator) – Filmlərin kinoteatrlarda nümayişi ilə məşğul olan mütəxəssis. K. filmin ekranda göstərilməsinin keyfiyyətinə görə məsuliyyət daşıyan şəxsdir.
KİNO MUSİQİSİ (musical illustration) – Filmin xüsusi əhəmiyyət daşıyan dramaturji komponenti, ekran əsərinə obrazlılıq gətirən ifadə vasitələrindən biri. Kinoda tətbiqi səciyyə daşıyan musiqi plastik obrazı emosional cəhətdən ümumiləşdirir, onun əsas mövzularını üzə çıxarır, onlara dərin obrazlılıq əhəmiyyəti verir. Musiqinin filmdəki vəzifələri çoxcəhətlidir: a) sosial-tarixi mühiti təsvir edir; b) milli kolorit yaradır; v) filmin müəllif ideyasını ümumiləşdirilmiş şəkildə ifadə edir; q) ayrı-ayrı epizodların atmosferini yaradır; d) dramatik münaqişədə mübarizə aparan qüvvələrin toqquşmasını üzə çıxarır; e) qəhrəmanlara müəllifin münasibətini bildirir, onların daxili aləmini açır, hadisələrin gedişini, temp-ritmik cəhətdən təşkil edir; j) filmin bədii zamanını və məkanını xüsusi şəkildə təşkil edir. K.m.-nə solo-instrumental nömrələr, vokal, simfonik əsərlər, xalq və peşəkar musiqi daxildir. Filmin musiqi kompozisiyası müəllif-rejissor ideyası, əsərin janr və üslubi xüsiyyətləri ilə müəyyənləşir.