KİNOŞƏBƏKƏ (cinema net/ company) – Filmlərin əhaliyə göstərilməsini həyata keçirən mədəni müəssisələrin birliyi. K. kinoteatrlardan, kino üçün uyğunlaşdırılmış klublardan və s. ibarət olur
KİNOŞƏBƏKƏ (cinema net/ company) – Filmlərin əhaliyə göstərilməsini həyata keçirən mədəni müəssisələrin birliyi. K. kinoteatrlardan, kino üçün uyğunlaşdırılmış klublardan və s. ibarət olur.
KİNOŞÜNASLIQ (cinematography) –Kinonu bir incəsənət növü və kütləvi kommunikasiya vasitəsi kimi tədqiq edən, kino sənətininspesifik xüsusiyyətləri, filmin ictimai mahiyyətinin qanunauyğunluqları haqqında elm. K.-ın vəzifələrinə kinonun təbiətinin tədqiqi və onun inkişafı, kino dramaturgiyasının və rejissurasının ümumi prinsiplərinin işlənib hazırlanması, aktyor yaradıcılığının öyrənilməsi, kinematoqrafik düşüncənin, kinoda musiqi və səsin yaradıcılıqla izahı və s. daxildir. K. kinonu onun sosial, iqtisadi, siyasi cəhətdən şərtlənməsində, mədəniyyət kontekstində, incəsənətin digər növləri ilə müqayisədə və s. nəzərdən keçirir. K.-ın xüsusi vəzifəsi kinonu daxilən səciyyələndirən faktların və qanunauyğunluqların öyrənilməsindən ibarətdir: 1) Bədii yaradıcılıq və estetik-informativ fəaliyyət sistemi kimi; 2) Bu fəaliyyətin məhsullarının – kinofilmlərin məcmusu kimi. K.20-ci əsrin 20-ci illərində yaranmışdır. K.-a kino nəzəriyyəsi və tarixi, kino tənqidi və filmoqrafiya daxildir.