KİNOTEATR (cinema/movie house) – Filmlərin nümayiş etdirilməsi üçün xüsusi daxili quruluşu olan ictimai bina (yaxud bina hissəsi). K.-ın əsas hissəsi tamaşa zalıdır. Zalda güclü səsucaldan qurğular, kinoekranolur. İri K.-larda hava kondisionerlərindən (isidici və sərinləşdirici) istifadə olunur, divar və tavanlar akustik tələblərə cavab verir və zal dekorativ işıqlandırılır.
KİNOTEXNİKA (film tecnology)– Kinofilmlərin istehsalı və çoxaldılmasına xidmət edən texnika sahəsi. Yüksək inkişaf etmiş dəqiq elmlərin və texnikanın – optikanın, dəqiq cihazqayırmanın, elektrotexnikanın, işıq texnikasının, akustikanın və elektroakustikanın, gücləndirici texnikanın, elektrotexnikanın, kimyanın və s. əsasında yaranmışdır.