KOLLEKTİV BÖLÜŞDÜRÜCÜ ŞƏBƏKƏ (community distribution network) – Teleradio proqramlarının peykdən, efirdən və kabel şəbəkəsindən alınaraq abonentlər arasında bölüşdürülməsi sistemi.
KOLLİZİYA (collision) – Bədii əsərdə süjet xəttinin inkişafının, xarakter, qüvvə və hadisələr arasındakı mübarizənin əsasını təşkil edən bədii konflikt, münaqişə, toqquşma.
KOLORİT (color) – Kino və TV çəkilişlərində, təsviri sənətdə (əsasən boyakarlıqda) tablonun bütün rəng çalarlarının qarşılıqlı nisbət sistemi. K. rənglər arasında müəyyən vəhdət əmələ gətirir. K. incəsənət əsərlərinin formasının elə bir ünsürüdür ki, rənglərin harmonik birləşməsindən ibarət olub əsərin məzmununun, mənasının açılmasına, onun xarakterlərinin, obrazlarının mənasının aşkara çıxarılmasına, s ü j e t və k o m p o z i s i y a n ı n mükəmməlləşməsinə kömək edir.
KOMA (koma) – Optik sistemlərdə təsvirin təhrifi; aberrasiya – nöqtənin təsvirinin qeyri-simmetrik ləkə şəklində göründüyü hal; 3-cü dərəcəli elektron-optik sistemlərdə həndəsi aberrasiyanın bir növü. Solğun təsvirlər yaradır, çətinliklə düzəlir.