KOMMERSİYA TELEVİZİYASI (commercial television) – 1) Kommersiya prinsipi ilə işləyən TV; 2) TV ilə reklam verilişi.
KOMMUNAL ANTENA (community antenna) – Bir qrup abonentin radio, yaxud TV proqramlarını qəbul etməsinə xidmət edən antena. Çox vaxt kollektiv antenalı TV adlanan kabel TV-si (KTV) bu prinsiplə işləyir.
KOMMUNİKABELLİLİK (communicabelness) – Ünsiyyətcillik; əlaqə yaratmağı, ünsiyyət qurmağı bacarmaq.
KOMMUNİKASİYA (communication) – 1) Yolun adını bildirir (tutalım, hava yolu, torpaq yol, su kanalı və s.); 2) Rabitə forması (məs., teleqraf, radio, telefon, poçt); 3) İki və ya daha çox şəxs arasında olan və qarşılıqlı anlaşmaya əsaslanan ünsiyyət; Bir şəxsin əldə etdiyi məlumatı başqasına (başqalarına) çatdırması; 4) Kütləvi K. texniki vasitələrdən – kütləvi K. vasitələrindən (mətbuatdan, radiodan, TV-dən, kinematoqrafdan) yararlanmaqla məlumatın çoxsaylı, həm də bir-birindən aralı yerləşmiş auditoriyaya çatdırılma prosesi.