KOMMUNİKASİYA PROSESİ (communication process) – Kommunikativistikada bu termin informasiyanın kommunikatordan resipiyentə ötürülməsini nəzərdə tuta bilər. Üç forması fərqləndirilir – intrafərdi, interfərdi və kütləvi kommunikasiya. Birinciyə insanın öz-özü ilə danışması (ünsiyyəti), ikinciyə şəxslərarası ünsiyyət, üçüncüyə KİV kanalları ilə vasitəli ünsiyyət aiddir. Fərdlərarası ünsiyyət dillərinə təkcə verbal vasitələr deyil, həm də jestlər və müxtəlif görüntülər (alov, tüstü, su və s.) də aiddir. Kütləvi kommunikasiyanın əsas müasir vasitələri mətbuat və elektron media sayılır.