KOMPÜTER (computer) – Bilgisayar, başqa sözlə, elektron-hesablayıcı maşınların (EHM) geniş yayılmış adı.
KOMPÜTER (BİLGİSAYAR) QRAFİKASI (computer graphics) – KİV-də, o cümlədən kompüter texnologiyalarının inkişafı ilə bağlı TV-də də geniş tətbiq edilən, bilgisayardan yararlanmaqla təsvirlərin formalaşdırılması və işlənməsi; tamaşaçıda əyani təsəvvür yaratmağa, təsvirin məzmun və anlaşıqlılığını artırmağa xidmət göstərən, proqramın bədii, texniki tərtibatını, dizaynını gözəlləşdirən keyfiyyət elementi.
KOMPÜTER ELMİ (computer science)– Avropa ölkələrində "informatika" termininin sinonimi kimi işlədilən anlayış. Bax: İ n f o r m a t i k a.
KOMPÜTERLƏŞDİRMƏ (computerization) – EHM-lərin (kompüterlərin) kino, teleradio yayımı və istehsalatının bütün sahələrinə, ümumiyyətlə, sosial-iqtisadi və mənəvi fəaliyyətin bütün sahələrinə geniş tətbiq edilməsi prosesi.