Азярбайъан Енсиклопедийасы


MƏTBUAT XİDMƏTİ (press service)



Yüklə 2,68 Mb.
səhifə437/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   433   434   435   436   437   438   439   440   ...   809
MƏTBUAT XİDMƏTİ (press service) – Hər hansı dövlət təşkilatında (parlament, nazirlik və s.) və özəl qurumda KİV-ə informasiya vermək məqsədi ilə fəaliyyət göstərən struktur. M.x.-nin əsas vəzifəsi jurnalistləri müvafiq informasiyalarla, baş verən hadisələr haqqında materiallarla (məlumat, foto) təmin etmək, görüşlər, mətbuat konfransları təşkil etməkdir. Yüksək post tutan vəzifəli şəxslərin yanında bu funksiyanı mətbuat katibi həyata keçirir.

MƏTBUAT XÜLASƏSİ (press review) – Qəzet və jurnal səhifələrində dərc edilmiş, diqqəti cəlb edən materialların toplusundan ibarət yazı (çıxış). M.x. gündəlik, yaxud həftəlik olur.

MƏTBUAT KATİBİ (press secretary) – Hər hansı dövlət və hökumət qurumunun, təşkilatın ictimaiyyətlə əlaqələrini tənzimləyən, KİV üçün məlumatlar hazırlayan və yayan, mətbuat konfransları və jurnalistlərlə görüşlərə aid informasiya, press-reliz və digər sənədlər hazırlanmasını təşkil edən şəxs. M.k. bəzən press-ataşe funksiyasında çıxış edərək öz rəhbərinin mövqeyini açıqlaya bilər.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin