ARXA İŞIQ (back light) – Bir cismin üst və ya alt tərəfinə arxadan verilən düz işıq.
ARXAİSTİKA (archaistics) – İncəsənətdə, kino, TV və radioda, həmçinin ədəbiyyatda qədim formalara, köhnə üslublara bənzətmə; təqlid.
ARXALIQ (backdrop) – Üzərində şəkil çəkilmiş, yaxud foto qurulmuş kətan. Studiyada pəncərədən, qapıdan görünən mənzərənin təsviri üçün istifadə olunur.
ARXİTEKTONİKA (architectonics) – Verilişin, filmin (ayrıca süjetin, bədii əsərin) strukturunu, onun ayrı-ayrı elementlərinin ümumi harmoniyasını – uyumunu müəyyənləşdirən mühüm estetik kateqoriya. A. elementlərin sistem daxilində sənətkarlıq cəhətdən düzülüş nisbətinin səviyyəsini müəyyənləşdirir və diqqəti vahid tamın estetik planına yönəldir.