Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə441/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   437   438   439   440   441   442   443   444   ...   809
MİKROFİLM (microfilm) – Çap materialı, əlyazma, sənəd və s. on və ya yüz dəfə kiçildilmiş surəti; kiçik həcmli film.

MİKROFİLMLƏMƏ (microfilming) – Çap olunmuş material, çertyoj, əlyazma və s. miniatür fotosurətinin foto və ya kino plyonkası üzərində alınması; mikrosurətalma. M. informasiyanın tutduğu həcmi xeyli azaltmağa, onu uzun müddət saxlamağa və lazım gəldikdə ondan dərhal istifadəyə imkan verir.

MİKROFON (microphone/mike) Cəs rəqslərini elektrik rəqslərinə çevirən, səs dalğasını gücləndirən və məsafədən ötürən elektroakustika cihazı; M.-u (kömürlü) ilk dəfə rus alimləri M.Maxalski (1878) və P.Qolubitski (1883) bir-birindən xəbərsiz ixtira etmişlər. M. kino, TV, radio, səsgücləndirmə və səsyazma sistemlərində tətbiq olunur.

MİKROFON «DURNASI» (microphone boom) – Studiyalarda səsin yazılışı zamanı mikrofonun asılması və hərəkət etdirilməsi üçün tətbiq edilən qurğu. M.d. səsyazma qurğusunu istənilən istiqamətə yönəltməyə və mikrofonu geniş əhatə bucağı həddində hərəkət etdirməyə imkan verir. Sadə M.d.-nı işıq cihazları dayaqlarından istifadə etməklə də hazırlamaq mümkündür.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin