MİKROFONUN YÖNƏLMƏ DİAQRAMI (microphone diagram) – Mikrofonun akustik həssaslığının istiqamət baxımından səciyyələndirilməsi. M.y.d.-ndan baş çıxarmaq və videoistehsal zamanı ondan düzgün istifadə etmək ona görə lazımdır ki, insan qulağından fərqli olaraq mikrofonlar heç nəyə və heç kəsə fərq qoymur. Onlar öz həssaslıq həddi daxilində hər hansı səsə reaksiya verərək, önəmli səsi ikinci dərəcəli səsdən ayırmır. Yönəlmə diaqramına görə mikrofonlar iki səmtli, bir səmtli, kardeoid və superkardeoid növlərə bölünür. Mikrofon yalnız müəyyən bir səmtdən gələn səslərə həssas olanda və yerdə qalan bütün səsləri duymayanda bəlli seçim imkanı qazanmaq mümkündür.