MİNİMAL FAZA İMPULSU (minimum fase impulse) – Verilmiş amplitud spektrində maksimum enerjinin impulsun başlanğıc hissəsində toplandığı hal.
MİNİMAL İŞIQLANMA (minimum lighting) – Hər hansı səhnənin kameraya görümlü olmasından ötrü zəruri sayılan işıq miqdarı, yaxud işıq gücü. Kino və telekameralar insan gözü qədər iti olmadığı üçün çəkilən təsviri işıqlandırmağa ehtiyac olur. İnsan gözü kameranın ötürücü borusundan qat-qat həssasdır və təsviri görmək üçün ona az işıq lazımdır. Bu səbəbdən gözlə əla görünən səhnələr bəzi kamera üçün çox qaranlıq və ya həddindən artıq kontrastlı olur. İnsan gözü kamera ilə müqayisədə işığa fərqli reaksiya verdiyindən, işığın mexaniki üsulla ölçülməsi və düşən işığın obyekti yaxşı görmək üçün kameraya yetərli olub-olmamasının müəyyənləşdirilməsi tələb olunur. Bu məqsədlə teleistehsalda artıq çoxdan eksponometr adlı cihazdan istifadə olunur.