MODEL (model/pattern) – 1) Real hadisənin, prosesin, yaxud obyektin parametrlərinin asan qavranılması, yaxud asan idarə olunması üçün sadələşdirilmiş surəti (təsviri); nümunə, qəlib, sxem; bir şeyin nümunə nüsxəsi, habelə bir şeyi hazırlamaq üçün nümunə; rəssam qarşısında nümayiş olunan əşya; 2) Hər hansı janrda nümunəvi verilişə xas olan xüsusiyyətləri özündə əks etdirən tipik ekran (efir) əsəri.
MODEM (modem) – EHM-də istifadəçini telefon xətti vasitəsilə lokal kompüter şəbəkəsinə qoşan, yaxud ayrıca bir kompüteri qlobal şəbəkəyə birləşdirən (qoşan) qurğu. M. kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektrik siqnallarını analoq formasına, yaxud əksinə avtomatik çevirmək üçün tətbiq edilir.