ARQUMENT (argument) – 1) Məntiqi dəlil, tutarqa, sübut, əsas; 2) Veriliş və çıxışlarda hər hansı tezisin doğruluğunu əsaslandırmaq üçün istifadə olunan dəlil, sübut.
ARTİKULYASİYA (articulation)– 1) Danışıq zamanı sözlərin təmiz, aydın tələffüz edilməsi; müəyyən səsi tələffüz etmək üçün danışıq üzvlərinin aldığı vəziyyət və ya onların hərəkəti; səsin məxrəci; 2) Musiqi alətində, yaxud vokal sənətində səslərin ardıcıllığını ifa etmək tərzi; 3) Rabitə xətti (radio, telefon və s.) ilə verilən nitqin aydınlığı; rabitə sisteminin keyfiyyət ölçüsü. A. sistemin nitq elementlərinin (səs, heca, söz və ifadələr) təhrifsiz qəbulu, verilməsi və səsləndirilməsinin keyfiyyətini müəyyən edir.