MONTAJ STOLU (editing block/point) – Kinofilmin, TVR verilişinin montaj işlərinin aparılması üçün xüsusi qurğu. M.s.-nun həm peşəkar kino, həm də kino həvəskarları üçün nəzərdə tutulan çoxsaylı konstruksiyaları mövcuddur.
MONTAJ VƏRƏQİ (edit decision list) – Bir montaj seansı ərzində yerinə yetirilməsi nəzərdə tutulan bütün montaj əməliyyatlarının siyahısı. Çox vaxt yubadılmış şəkildə və real zaman miqyasında icra olunmuş montaj əməliyyatlarını calaşdırmaq üçün istifadə olunur. M.v.-ndə audio və videosıra tam əksini tapır, uyğun taym-kodlar göstərilir.