MOZAİK GÖRÜNTÜ (mosaic screendisplay) – 1) Eyni, yaxud müxtəlif materiallardan düzəldilən təsvir, naxış; təsvirin ekranda mozaika şəklində göstərilməsi. Videokameralarda "fade out/in"işi mozaika təsviri ilə də etmək mümkündür; 2) Hər hansı verilişdən, filmdən dinamik fraqmentlər göstərilməsi.
MOZAİK VERİLİŞ (insulating mosaic) – Məzmun, məna və formaca bir-biri ilə bağlanmayan ayrı-ayrı kiçik süjet, çıxış, müsahibə və digər təsviri materiallar toplusundan ibarət olan veriliş növü. Məs., «Xəbərlər», yaxud «Səhər» tipli proqramlar M.v.-ə aiddir.