MÖTƏBƏR İNFORMASİYA (authoritative information) – Etibarlı mənbələrdən alınan, məzmunu və mahiyyəti şübhə doğurmayan informasiya. Belə informasiyanın çap olunması və ya səsləndirilməsi (göstərilməsi) sosial məsuliyyət nəzəriyyəsinin mühüm prinsiplərindən biri sayılır.
MÖTƏBƏRLİK (reliability) – Fakta, yaxud rəyə etimad. Adətən, informasiya mənbəyinə etimadla şərtlənir – tamaşaçı məlumatın haradan alındığını və mühakimənin kimə məxsus olduğunu bilmək istəyir.
MÖVZU-TEMA (subject/topic) – Sənətkarın hər hansı əsərində qoyduğu və müəyyən həyati material əsasında aşkara çıxardığı əsas məsələlərin məcmusu; əsərin bədii məzmununun əsas məqamı. M.t. süjetlərdə, motivlərdə, epizodlarda işlənib hazırlanır.
MULTİ DİSK PROQRAMI (multi disk program) – Tək diskli "CD player"lərdə çoxlu disk proqramı. Diskləri tək-tək çıxararaq istənilən mahnılardan qarışıq kompozisiya düzəltmək mümkündür.