OBYEKTİV (object lens/objective) – 1) Həssas təbəqədə çəkilən əşyanın həqiqi təsvirini yaradan, ümumi sağanağa salınmış bir və ya bir neçə linza (bəzən isə həm də güzgü) şəklində optik sistem. O.-in bütün hissələrinin optik oxları ümumi optik oxun üzərində olur; 2) Optik cihazın qabaq şüşəsi və ya şüşələri; 3) Qərəzsiz, bitərəf.
OBYEKTİVİN AÇIQ QALMA MÜDDƏTİ (exposure time/diaphragm open time)– Kinoçəkiliş aparatının kadr çərçivəsində kinolentin təsvir əmələ gətirən işığın təsirinə məruz qalma vaxtı. O.a.q.m. kinoçəkiliş aparatının ekspozisiyasının böyüklüyü obtyuratorun açıqlıq bucağı və çəkiliş tezliyi ilə müəyyən edilir.