OPTİK VİDEODİSK (optical disk jukebox) – Lazer hesablaması olan videodisk; lazer diski.
OPTİK YAZI (optical recording)– Səs siqnalının fotolentə, yaxud kinolentə yazılması üsulu. Səsin fotolentə yazılması üçün eni, yaxud optik sıxlığı dəyişən xüsusi yazı cığırı ayrılır. Yazılış zamanı lentin işığahəssas təbəqəsinə yazılan siqnallarla modullaşdırılan işıq şüası təsir göstərir. Burada siqnaloqramm mürəkkəb fotokimyəvi əməliyyatdan sonra əmələ gəlir.