Азярбайъан Енсиклопедийасы


PARALEL MONTAJ (parallel editing)



Yüklə 2,68 Mb.
səhifə511/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   507   508   509   510   511   512   513   514   ...   809
PARALEL MONTAJ (parallel editing) – Ekranda hadisələrin əvəzlənmə üsulu ilə göstərilməsi. P.m.-da hadisələrin xronoloji qaydası tez-tez pozulur. Olayların başlıca açıqlanma xəttinə münasibətdə montajçı geriyə (flashback), yaxud irəliyə keçid effekti (flashforward) yaratmaqla, keçmiş və gələcək zamanları göstərən planları da növbələşdirə bilər.

PARALEL VERİLİŞ ÜÇÜN KABEL (rarallel cable) – Məhdud fiziki uzunluğu təxminən 30 metrədək olan çoxnaqilli informasiya ötürücüsü kabeli.

PARALİNQVİSTİKA (paralinguistics) – Səsli nitq ünsiyyətini müşayiət edən və informasiya vermə prosesində rolu olan bir sıra amilləri (jestlər, mimika, nitq situasiyası və s.) öyrənən, sözsüz kommunikasiya üsullarını tədqiq edən dilçilik sahəsi.

PARAMETR (parameter)Prosesin, hadisənin, sistemin və texniki qurğunun hər hansı bir xassəsini xarakterizə edən kəmiyyət. Elektrik P.-lərindən cərəyan şiddəti, gərginlik, elektrik müqaviməti, induktivlik və elektrik tutumu daha xarakterikdir.

PARÇALANMIŞ TƏSVİR (break-up picture)

PARLAQLIQ (brightness/luminance) – İşıq gücünün müstəvi üzərində müşahidə istiqamətinə perpendikulyar olan işıqlanan səthi görüntüsünə nisbəti. İnsanın görmə qabiliyyəti bilavasitə işıq mənbəyinə reaksiya verdiyinə görə P. onun ən mühüm xüsusiyyətidir. P.-ın ölçü vahidi kvadrat metr kandeladır (kd/m2).

PARLAQLIQ PARAMETRLƏRİ (brightness parameters) – TV təsvirlərinin P.p. parlaqlıqla və parlaqlığın fərqli hüdudları ilə müəyyənləşir. Ekranın parlaqlığı müşahidə şəraitindən, görmə xassələrindən və qəbul edilən təsvirin məzmunundan asılı olur.

PARLAQLIQ SİQNALI (brightness impulse/signal) – Təsvirin verilən elementlərinin parlaqlığına mütənasib olan gərginliyin, yaxud cərəyanın dolayı elektrik impulsları. Gücləndirmə və formalaşdırma qurğularında P.s.-na söndürmə və sinxronlaşdırma siqnalları da əlavə edilir.

PARODİYA (parody)Ədəbiyyat, teatr, musiqi, estrada janrlarından biri; kinayəli nəzirə, təqlid, bənzətmə. P.-da hər hansı bir əsərin ideya-bədii xüsusiyyətləri (mövzusu, məzmunu, qəhrəmanları, dili, üslubu və s.) müəyyən ideya-estetik mövqedən məsxərəyə qoyulur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   507   508   509   510   511   512   513   514   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin