Азярбайъан Енсиклопедийасы


PARTİZAN TELEVİZİYASI (querilla television)



Yüklə 2,68 Mb.
səhifə512/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   508   509   510   511   512   513   514   515   ...   809
PARTİZAN TELEVİZİYASI (querilla television) – Şəbəkə və kabel TV-lərinə münasibətdə alternativ statuslu və videokasetlə işləyən stansiyanın məcazi adı. Bəzi mütəxəssislərin fikrincə, P.t. genişyayımlı telesistemlərin mərkəzdən səpələnməsinə və məişət videosuna keçməyə kömək edir.

PASSİV MİKŞER (passive mixer) – Səs siqnalının gücünü artırmadan, bir neçə ayrı-ayrı giriş siqnalını sadəcə bir çıxış siqnalında birləşdirən mikşer. Bax: S ə s m i k ş e r i.

PATEFON (turntable) – İynə vasitəsilə val yivlərindəki səsləri oxuyan cihaz. İynə maqnetik və ya seramik ola bilər. İynə val üzərinə 1,5 qramlıq təzyiqlə oturdulur. İynəyə söykənən bir armatur müxtəlif titrəmələrlə bir maqnetik sahə meydana gətirərək səs axınının bobinlərdən rahat keçməsini təmin edir.

PATETİKA (pathetikness)Burada: Estetik kateqoriya kimi müəyyən yaradıcılıq kanalları çərçivəsində hər hansı verilişə xas olan hissi, emosional ab-havanı, ən ümumi emosional cəhətləri əks etdirir. Hər proqramın öz P.-sı olur. Məs., "Yeni il verilişi"nin P.-sı adi veriliş P.-sından fərqlənir.

PAUZA (pause) – 1) Audio və video cihazlarda qısa müddət üçün lenti saxlama düyməsi. Lentə zərər verməmək üçün müəyyən vaxtdan sonra maqnitofon özü avtomatik olaraq "playback" vəziyyətinə keçir; 2) Mətnin oxunuşu (yaxud danışıq) zamanı ani və məqsədli dayanış, intonasiya ünsürü; 3) Musiqi əsərinin bir, bir neçə, yaxud bütün hissələrində fasilə, eləcə də not yazısında bu fasiləni göstərən işarə.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   508   509   510   511   512   513   514   515   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin